TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: MORASTEL 

Sortun vətəni İspaniyanın Əndəluz əyalətidir. Fransada, İtaliyada geniş yayılmışdır. Cənubi Knmda, Orta Asiya respublikalarında az miqdarda becərilir. 1969-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Qovlar-Sarı tədris-təcrübə təsərrüfatına gətirilmişdir. Burada 20 ildən çox bir müddətdə becərilmişdir.
Kolları güclü böyüyəndir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta irilikdə və kifayət qədər iridir. Silindrik-konusvari və qanadlıdır. Gilələri xırdadır, girdə və tünd-göydür. Qabığı orta qalınlıqda, ləti incə və şirəlidir, dadı adidir.
Çox gecyetişən şərab sortlarına aiddir. Süfrə və bərk şərablar alınır.
İsti yerlərdə 25-27% şəkər toplama qabiliyyətinə malikdir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ