TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: MOLET 

Vətəni Fransanın Savua departamentidir. Avropada az miqdarda bir çox kolleksiyalarda, o cümlədən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Qovlar-Sarı tədris-təcrübə təsərrüfatındakı kolleksiyada olmuşdur.
Kolları orta böyümə gücünə malikdir. Çiçəkləri özü-özünü tozlayandır. Salxımı silindrik və silindrik konusvaridir. Gilələri xırda, orta, girdə, azca yastılanmış, tam yetişdikdə kəhrəba rənglidir. Ləti ətli-şirəlidir. Dadı adi və xoşagələndir.
Gecyetişən şərab sortudur.
Boz çürümə və mildiuya həssasdır. Məhsuldarlığı ortadır. Karbonatlı və qumlu torpaqlarda yaxşı bitir.
Ağ, şəffaf və kifayət qədər alkoqollu süfrə şərabları alınır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ