TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: MOLDOVA 

Moldovada seleksiya yolu ilə alınmışdır. Sortun alınmasında çox sortdan, o cümlədən Vitis Labruska növündən də istifadə edilmişdir. Moldova və Ukraynada geniş miqyasda becərilir. 2002-ci ildə Azərbaycana, Şəmkir rayonunun Çinarlı qəsəbəsinə Fəxrəddin Süleymanov tərəfindən gətirilmişdir.
Kolları güclü böyüyəndir.
Çiçəkləri funksional dişi tiplidir. Salxımı iri və çox iri, silindrik, düzgün ensiz-konusvari, seyrək və sıxdır. Gilələri iri, oval, azca uzunsov, bəzən zəif yumurtavari, bənövşəyi rənglidir, tam yetişdikdə tünd-göydür. Qabığı nisbətən qalın, ancaq kobud deyildir. Ləti ətli-şirəlidir. Dadı adi, xoşagələn, orta dərəcədə şirin, təravətli və azca "İzabella" ətirlidir.
Orta gecyetişən tipik süfrə üzümüdür.
Şaxtaya və mildiuya nisbətən davamlıdır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ