TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: MİSQALİ 

Azərbaycanın yerli sortudur. "Misqal" sözü Azərbaycan sözü olub, çəki vahidlərindən biridir. Ancaq ermənilər bunu erməniləşdirilərək "Msxali" adı veriblər.
Kolları güclü böyüyəndir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı çox uzundur, ensiz-konusvari və yaxud silindrik, seyrək və çox seyrəkdir. Gilələri orta və iri, zəif oval, açıq-yaşıl, sıx mum qatı ilə örtülüdür, gün düşən tərəfdən qəhvəyi ləkə olur. Qabığı incə, yarım şəffafdır. Ləti incə, şirəlidir. Dadı adi və xoşa gələndir.
Misqali universal sortdur. Məhsuldarlığı yüksək və sabitdir.
Təzə halda istifadə və süfrə şərabı istehsalı üçün yararlıdır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ