TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: MƏLƏYİ 

Naxçıvanın yerli sortudur. Türkmənistanda da Mələyi adında üzüm sortu vardır. Bunların arasında kəskin fərq ondan ibarətdir ki, Türkmənistan mələyisinin gilələri yaşılı-boz rənglidir. Burada Naxçıvan mələyisinin təsviri verilir.
Kolları orta və güclü böyüyəndir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta-iri və iri, konusvari, qanadlı, orta-sıxdır. Gilələri orta-iri, girdə, tünd-göy rəngli, sıx mum qatı vardır. Mum qatının sıxlığı göy rəngin kəsafətini artırır. Qabığı qalın və elastikidir. Ləti ətli, şirəli, şirəsi rəngsizdir. Dadı adi, xoşagələn, təravətlidir.
Orta gecyetişən şərab sortudur. Məhsuldardır, şəkəri 19-20%-ə çatır.
Tünd rəngli süfrə və çərəz şərablar istehsal edilir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ