TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: MƏDRƏSƏ 

Azərbaycanın yerli sortudur və Yuxarı Şirvanda intişar tapmışdır. Sortun adı ruhani təhsili verən "Mədrəsə"dən götürülmüşdür. XIX əsrin 70-80-ci illərində Mədrəsə sortundan 50 min hektara yaxın üzümlüklər olmuşdur. XX əsrin ilk illərində sort Gəncəbasara gətirilmişdir. Hazırda bu sortdan olan üzümlüklərin sahəsi xeyli azalmışdır.
Kollann böyümə gücü orta və güclüdür. Yarpaqları çox kəsimlidir.
Çiçəyi öz-özünü tozlayandır. Funksional dişi tipli çiçəyi olan variasiyasını aşkar etmişik. Salxımı orta irilikdə, konusvari, az hallarda seyrəkdir. Salxım saplağı oduncaqlaşır. Gilələri orta irilikdə, əsasən girdədir. Sıx mum təbəqəli tünd-göy rənglidir. Ləti çox şirəlidir, azca seliklidir.
Ortayetişmə müddətinə malik tipik şərab sortudur.
Gilələrin tam yetişməsi Şamaxıda sentyabrın əvvəllərinə, Gəncədə avqustun axırına düşür. Məhsuldarlığı ortadır.
Şəkərliliyi Şamaxıda cənub yamaclarda 23-24%, Gəncədə 20-21% olur.
Mədrəsədən yüksək keyfıyyətli süfrə və çərəz şərablar hazırlanır. Bu şərablar yüksək ekstraktivli və buketli olur. Kupaj yolu ilə digər şərabların da hazırlanmasında istifadə edilir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ