TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: MAQARAÇ TEZYETİŞƏNİ 

Ümumittifaq Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu "Maqaraç"ın seleksiya sortudur (Yalta). 1928-ci ildə Madlen Anjevin və Qara Kişmişi üzüm sortlarının çarpaz tozlandırılmasından alınmışdır. Ukrayna, Moldova, Krasnodar diyarı, Rostov vilayəti, Orta Asiya respublikaları və Uzaq Şərqdə becərilir. Azərbaycana keçən əsrin 70-ci illərində Tovuz rayonu- nun Aşağı Quşçu kəndinə gətirilmiş və 10 hektardan çox sahədə becərilmişdir.
Kolları güclüdür. Çiçəkləri öz-özünü tozlayandır.
Salxımı çox iridir, konusvari, seyrək və sıxdır. Gilələri iri, girdə, bəzən azca oval və qaradır. Ləti şirəli, xırtıldayan, dadında şokolad tamı vardır. Sıx mum qatı bu sorta xüsusi gözəllik verir.
Tez yetişən süfrə üzümüdür. Yaltada avqustun birinci ongünlüyündə, Tovuzda iyulun axırlarında yetişir. Məhsuldarlığı yüksək və sabitdir. Şəkərliliyi 18%, nəqliyyata davamlılığı yaxşıdır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ