TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: MAQARAÇ BASTARDOSU 

Sort 1949-cu ildə Ümumittifaq Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunda (Yalta) Maqaraçda Bastardo sortu ilə Saperavi sortlarının çarpaz tozlandırılmasından alınmış, Krım və Cənubi Ukraynada əkilmək üçün tövsiyə edilmişdir. Kolların böyümə gücü orta və güclüdür.
Çiçəkləri öz-özünü tozlayandır.
Salxımı orta, silindrik-konusvari, yaxud konusvari, orta sıxlıqdadır. Gilələri orta yaxud xırda, oval-yumurtaşəkilli, tünd- göy, mum qatı sıxdır. Qabığı incə, möhkəm deyildir. Ləti sürüşkən, şirəlidir. Dadı adi, şirin, aromatsızdır. Şirəsi rəngsizdir.
Orta dövrdə yetişən şərab sortudur.
"Maqaraç"da Bastardo və Sapevari sortlarına nisbətən məhsuldarlıq çoxdur. Hektardan məhsuldarlığı 120-150 sentner, salxımın orta çəkisi 150-200 qramdır. Gilələr tam yetişdikdə şəkər 26-29%-ə çatır. Yüksək keyfiyyətli çərəz və bərk şərablar istehsalına yararlıdır.
Cənubi Krımda və düzən Krımda istehsal edilən şərablar məşhur, yüksək keyfıyyətli şərab verən, ancaq az məhsuldar Bastardodan heç də geri qalmır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ