TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: LİDİYA 

Sort Çəhrayı Lidiya, Çəhrayı İzabella və Qırmızı İzabella adları ilə də məşhurdur. P.Vialaya görə V.Labruskanın toxmacarları içərisindən seçilmişdir. Ukraynaya 1907-ci ildə gətirilmişdir. 1961-ci ildə bu sort Kaxovkadan (Ukrayna) Tər- tərə, 1991-ci ildə isə Gəncə "Üzüm Tredinq LTD" MMC-yə gətirilmişdir. Hazırda 15 ədəd kol həmin təsərrüfatda becərilməkdədir.
Ancaq elmi ədəbiyyatın göstərdiyinə görə, Azərbaycana XIX əsrin axırlarında gətirilmiş, artıq 1912-ci ildə Rusiyaya əkin materialı kimi aparılmışdır. Bunun hansı məntəqədə əkilməsi göstərilmir.
Dünyanın üzümçülük ölkələrinin əksəriyyətində bu sort becərilir.
Güclü böyüyəndir. Çiçəkləri öz-özünü tozlayandır. Salxımı xırda və orta irilikdə, silindrik və silindrik-konusvari, qanadlı, seyrək, bəzən sıxdır. Salxım saplağı incə, kövrək və tez qırılandır. Gilələri orta irilikdə, girdə, orta hissəsində geniş tünd- qırmızı, qəhvəyi-qırmızı, kol zəif olduqda yaşıl fonda zəif qırmızı olur, üzərində yasəməni mum təbəqəsi vardır. Ləti seliklidir. Dadı çiyələk dadlı (İzabellalı), şəkər və turşuluğu ahəngdardır.
Orta gecyetişəndir. Yüksək şəkər toplayır. Portveyn tipli şərablar üçün yararlıdır. Ukraynada "Lidiya" markalı portveyn şərabı istehsal edilir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ