TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: KLERET 

Sortun vətəni cənubi Fransadır. XIX əsrin əwəllərində Knma, oradan da digər ölkələrə yayılmışdır. XIX əsrin axırlarında almanlar tərəfindən Qazax-Gəncə bölgəsinə gətirilmişdir. Gəncə üzümçülük və şərabçılıq təcrübə stansiyasında uzun müddət becərilmişdir.
Kolları orta böyümə gücünə malikdir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta-iri, enli-konusvari, əsasından bir qədər qanadlı və seyrəkdir. Gilələri orta irilikdə, oval, bəzən zəif-yumurtavari, yaşılımtıl-ağ, tam yetişdikdə gün düşən tərəfdən azca sanyaçalandır. Qabığı qalın və kobuddur. Ləti axıcı və şirəlidir. Dadı adi, xoşagələn və təravətlidir.
Kleret çox gecyetişən şərab sortudur. Onun məhsulundan yüngül ahəngdar, kifayət qədər təzə süfrə şərabları, tam yetişdikdən sonra bərk şərablar istehsal edilir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ