TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: KATTA-KURQAN 

Orta Asiya sortudur. Orta Asiya respublikalarında sortun Maska, Alikon, Bomba adları da vardır. Gəncədə, Mil düzündə, Mingəçevirdə, Göyçay və Xaçmazda bu sortdan kiçik üzümlüklər olmuşdur. Hazırda Gəncədə "Üzüm tredinq LTD" MMC- də bir neçə kol vardır.
Kolları çox güclüdür. Çiçəkləri funksional dişi tiplidir. Salxımı çox iri (30 sm), enli-konusvari, yaxud qeyri-düzgün olmayan formalı, pəncəli, budaqlı, tozlarrmadan asılı olaraq müxtəlif sıxlıqdadır. Gilələri çox iri, girdə yaxud tərs-yumurtavari, ucunda dayaz şırım vardır, açıq-yaşıl, gün düşən tərəfdən kəhraba rənglidir. Ləti incə, ətli-şirəli, şirin, qabıqdan ayrılmır. Katta-Kurqan orta gecyetişən sırf süfrə üzümüdür.
Ən yaxşı tozlayıcıları Ağ Kişmişi, Qara Kişmişi, Rkasiteli və Çəhrayı Tayfidir.
Yayı quru və isti olan yerlərdə Katta-Kurqan yüksək və keyfiyyətli məhsul verir. Azərbaycanda belə iqlim zonaları çoxdur. Yüksək dad keyfiyyətli və çox iri salxım və giləsi olan Katta-Kurqan süfrə üzümləri içərisində öncül yerlərdə durur. Gəncə üzümçülük və şərabçılıq təcrübə stansiyasında dequstasiya zamanı sort 5-6 bal (10 ballı sistemdə) almışdır. Təzə halda və iri giləli mövücü hazırlanmasında istifadə edilir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ