TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: KALITOR 

Sırf fransız sortudur. Fransadan birbaşa Novoçerkasska, 1969-cu ildə oradan Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Qovlar-Sarı tədris-təcrübə təsərrüfatına gətirilmişdir.
Kolları orta böyümə gücünə malikdir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı iri, konusvari, sıxdır. Gilələri iri, girdə, azca yastılanmış, tünd-qırmızı fonlu qara, mum təbəqəsi qalındır. Qabığı qalın, ancaq möhkəm deyil. Ləti ətli-şirəli, bir qədər seliklidir. Dadı adi və xoşagələndir.
Gecyetişən şərab sortudur.
Zoğun bar əmsalı çoxdur, məhsuldardır.
Mildiu və boz çürüməyə həssasdır, lakin oudiuma davamlıdır.
Yüngül ağ süfrə şərabları hazırlanır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ