TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: KABERNE SOVİNYON 

Sortun vətəni cənub-qərbi Fransadır. XIX əsrdə Rusiyaya gətirilmiş, oradan da hər yerə yayılmışdır. Azərbaycana XIX əsrin axırlannda və XX əsrin əwəllərində gətirilmiş, elmi-tədqiqat müəssisələrinin kolleksiyalannda, Dağlıq Şirvan və Gəncə-Qazax bölgəsinin təsərrüfatlannda əkilmişdir. Hazırda Ağstafada və "Gəncə Şərab-2" müəssisələrində bu sortdan üzümlüklər vardır.
Kolları orta böyümə gücünə malikdir. Yüngül formalar tələb edir.
Salxımı orta irilikdə, silindrik-konusvari, bəzən qanadlı və sıxdır.
Gilələri orta irilikdə, girdə, az hallarda oval, sıx mum qatı olan tünd-göy rənglidir. Gilənin qabığı qalındır, ləti şirəlidir. Kabeme Sovinyon orta-gec yetişən tipik şərab sortlarına aiddir. Gilənin tam yetişməsi sentyabnn axırlarına düşür. Şamaxı şəraitində sentyabrın 22-də şirənin şəkəri 19,3%, turşuluq 8,4 q/1 olmuşdur.
Sort müxtəlif mühit şəraitinə asanlıqla uyğunlaşır. İsti yerlərdə şəkər artdıqca turşuluq yumşalır və bu vəziyyət qiymətli qırmızı şərab üçün əlverişlidir.
Gilə yaxşı yetişdikdə ona məxsus ada layiq yüksək keyfiyyətli qırmızı süfrə şərabı alınır. Ancaq bu sortun şərabları uzun müddət saxlandıqda daha yüksək keyfıyyət kəsb edir. Bəzi yerlərdə kaqor və portveyn tipli şirin şərablar hazırlanmasında kupajdan istifadə edilir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ