TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: KABASSİYA 

Moldova sortudur. Qərbi Avropa ölkələrində geniş yayılmışdır. Azərbaycana Novoçerkasskdan gətirilmişdir.
Kolları güclü böyüyəndir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta irilikdə və iri, silindrik-konusvari, qısa pəncəli, çox sıxdır. Gilələri orta irilikdə, girdə, salxımın sıxlığından bəzən qeyri-müəyyən formalı, tam yetişdikdə tünd-göy rənglidir. Qabığı qalın, ancaq möhkəm deyildir. Ləti axıcı, şirəlidir. Dadı adi, az şəkərli və turşməzədir.
Kabassiyamn bir çox variasiyaları vardır ki, onların bir qismi əsas sortdan pis əlamətləri və xüsusiyyətləri ilə fərqlənir. Kabassiya çox gecyetişən universal sortlara aiddir. Məhsuldarlığı sabit, suvarılan münbit torpaqlarda yüksəkdir.
Şəkər gec toplanır və 16-18%-dən çox olmur.
Ondan hazırlanan quru süfrə şərabları uzun müddət saxlanmır. Keyfiyyətli konyak şərab materialı verir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ