TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: İZABELLA 

Şimali Amerikada yabanı üzümlər arasında müşahidə edilmiş, seçilərək mədəniləşdirilmişdir. V.Labruska və V.Vinefarın təbii hibridi güman edilir. XIX əsrin ortalannda "İzabella" sortu Fransadan Odessaya, oradan da bir çox üzümçülük rayon-larına gətirilmişdir. Sort Qafqazın Qara dəniz sahillərində, Gürcüstanda, Azərbaycanda və Moldovada yayılmışdır. XX əsrin 30-cu illərində Azərbaycanda fıllokseranın yayılması ilə əlaqədar olaraq Xəzər dənizinin Saar adasında (Lənkəran) bu sortdan müəyyən miqdar üzümlük salınmışdır.
Kolları güclü böyüyəndir. Torpaq tipinə və münbitliyinə çox həssasdır. İzabella gec yetişəndir. Səhvən onu süfrə sortu adlandırırlar. Nəmli mühitdə yaxşı bitir və məhsul verir. Prof. M.A.Lazarevskinin fikrincə, sort xəstəliklərə çox davamlıdır. Bizim müşahidələrimizə görə isə tam davamlı yox, nisbətən davamlıdır. Quraqlığa davamsızdır. Şaxtaya davamlılığı V.Vinefann sortlarından üstündür. Fillokseraya davamlılığı nisbətən zəifdir.
Çiçəkləri öz-özünü tozlayandır. Vitis Vinefann Avropa üzümlərindən 10-12 gün tez çiçəkləyir.
Salxımı xırda və orta irilikdədir. Bar əmsalı 1-dən çoxdur. Bəzən bir zoğda 7-yə qədər salxım olur. Bic zoğlarının məhsul- vermə qabiliyyəti yüksəkdir. İstiqamətli becərmədə isti rayonlarda nəinki 2-ci məhsulu, hətta 3-cü məhsulu da yetişdirmək olar. Tam yetişmədən sorrra gilələr tökülməyə başlayır. Salxım saplağı ot şəkillidir, onu asanlıqla qoparmaq olur. Salxımın orta çəkisi 80-100 qramdır.
Gilələri girdə və qara rənglidir. Qabıq lətdən tez ayrılır, şirə seliklidir. Gilədə xüsusi ətir vardır ki, bunu "çiyələk", "taxtabiti" adlandınrlar. Ancaq onun dadı "İzabella"dır. Dünyada mövcud olan üzüm sortlarının hamısında cəmi 3 dad vardır. Onlardan biri "İzabella"dır. Şirə və çərəz şərablar istehsalına yararlıdır. Ancaq ondan hazırlanan süfrə şərabları xalq arasında xoşa gələn hesab edilir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ