TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: İTALİYA 

Sort İtaliyada Pirovano tərəfindən Bikan (Napoleon şaslası) ilə Hamburq muskatının çarpaz tozlandırılmasından alırunışdır. 1929-cu ildə Bakıya gətirilmiş, oradan da respublikada üzüm kolleksiyalarında öyrənilmək üçün əkilmişdir. Ancaq keçən əsrin 70-ci illərində böyük partiyalarla Bolqarıstandan calaq əkin materialı gətirilib əwəlcə Xanlar rayonunda, daha sonra isə Gəncə "Üzüm-tredinq LTD" MMC-də iki cərgədə əkilmişdir. Sortun ampeloqrafik təsviri Gəncədə A.N.Atakişiyeva tərəfindən apanlmışdır. Hazırda AKTA-da dissertant Sevil Əbdüləliyeva tərəfindən sortun diferensial aqrotexnikası öyrənilir.
Kolu çox güclüdür. Çiçəkləri öz-özünü tozlayandır. Salxımı iri və çox iri, silindrik-konusvari, çox halda qanadlı, seyrək və orta-sıxdır. Saplağı çox kövrəkdir, oduncaqlaşmır. İri salxımları koldan dərib qutuya qoyana qədər vəziyyətini dəyişməməli, şaquli vəziyyətdə saxlamaq lazımdır. Bu qaydaya əməl edilmədikdə iri və gözəl görkəmli salxımlar bir neçə yerindən qırılır və görkəmini itirir. Gilələri çox iri, uzunsov, girdə, ovallıq azdır. Ləti ətlidir, az şirəlidir, muskat dadlıdır. Çox gecyetişən süfrə üzümüdür. Heç bir təsvirdə onun variasiyaları haqqında məlumat verilmir. Gəncə "Üzüm-tredinq LTD" MMC-də iki variasiyası aşkar edilmişdir: muskat dadlı və dadı adi olan. İstər vegetativ, istərsə də generativ orqanların morfoloji əlamətlərinə görə hələlik heç bir fərq aşkar edilməmişdir.
Yüksək və sabit məhsuldardır. Mayalanmış yumurtalıqlardan onlar iriləşib normal iriliyin yarısına çatana qədər çiçək altlığı (kasa yarpağı) düşmür. Sortun salxım və gilələri o qədər gözəl görkəmə malikdir ki, sanki onlar canlı deyil, mulyajdır. Əla keyfiyyətli marinad, kompot, mürəbbə və turşu hazırlanmasına yararlıdır. Saxlanmağa və daşınmağa davamlılığı yaxşıdır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ