TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: ISKƏNDƏRIYYƏ MUSKATI 

Qədim Muskat üzümü sortlarındandır, vətəni Misirin İskəndəriyyə şəhəridir. Qədimdən becərilərək geniş miqyasda yayılmışdır. Sortun müxtəlif ölkələrdə müxtəlif adları vardır. Gəncə "Üzüm-tredinq LTD" MMC-də bir neçə kolu vardır. XIX əsrin əwəllərində Qərbi Avropadan Knma gətirilmişdir. Sort ilk dəfə respublikaya Gəncə ətrafındakı "Azərbaycan" sovxozuna və Gəncə üzümçülük və şərabçılıq təcrübə stansiyasına gətirilmişdir. Eyni zamanda sort dünyanın dörd qitəsində becərilir.
Kolları güclüdür. Çiçəkləri öz-özünü tozlayandır. Salxımı iri və çox iri, konusvari, qanadlı və budaqlı, seyrək və orta sıxlıqdadır. Salxım saplağı uzundur, tünd-göy rəngli, ot şəkilli, möhkəmdir. Gilələri orta irilikdə və iridir, girdə, bəzən azca yastı, sarımtıl fonda açıq-yaşıldır. Qabığı orta qalınlıqda, şəffaf, möhkəm, sıx mum qatı ilə ortülüdür. Ləti xırtıldayan, şirəli, güclü muskat ətirlidir. Bar barmaqları uzun kəsildikdə açılmayan gözcüklərin miqdarı çoxalır. Qısa və orta kəsməni xoşlayır. Çiçəkləri çox tökülür. Gəncə "Üzüm-tredinq LTD" MMC-də uzun illər apardığımız müşahidələr göstərmişdir ki, çiçək qruplarında seyrəltmə aparmadıqda salxım o dərəcədə seyrək olur ki, formasını tamamilə itirir. Bu səbəbdən də bir zoğda olan üç salxımdan ikisi, iki salxımdan biri, saxlanan salxımın isə 30-40%-i qoparılır. Beləliklə, çiçək qruplannın 60-65%-i qoparılmalıdır ki, salxımlar normal olsun. Gəncə şəraitində bu məsələ İskəndəriyyə Muskatı üçün bizim tərəfimizdən diferensial aqrotexrukanın tərkib hissəsi kimi qəbul edilmişdir. Əslində hər bir konkret şəraitdə bu sortun diferensial aqrotexnikası öyrənilməlidir.
İskəndəriyyə Muskatı yüksək keyfiyyətli süfrə və mövüc sortudur, saxlanmağa və nəqliyyata davamlıdır. Çox ətirli və gözəl gilələri olduğundan kompot, mürəbbə, marinad üçün çox yararlıdır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ