TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: İÇKİMAR 

Az yayılmış Özbəkistan sortudur. Daşkənd və Xarəzm vilayətlərində Qızıl Xırman adlandırırlar.
Keçən əsrin 50-60-cı illərində Azərbacan Respublikasının Xaçmaz rayonunun "İnqilab" sovxozunda və üzümçülük təcrübə stansiyalarında becərilmişdir.
Güclü böyüyəndir.
Çiçəkləri funksional dişi tiplidir. Salxımı çox iri, konusvari, pəncəli, budaqlı, seyrək və orta sıxlıqdadır. Salxım saplağı çox uzun və qalındır. Gilələri iri və çox-iri, uzunsov və uzun, silindrik, ucu girdə, tünd-qırmızı və yaxud açıq-bənövşəyidir. Qabığı qalın, kobud, bərk və xırtıldayan lətlə bitişikdir. Dadı adi və xoşagələn şirindir.
İçkimar ortayetişən tipik süfrə üzümüdür. İstiyə çox tələbkardır. Daşkənddə avqustun axırında, Səmərqənddə sentyabrın əwəlində, Xaçmazda sentyabnn axırlarında tam yetişir. Bu baxımdan da respublikamızda gecyetişən sortlar qrupuna daxil edilir.
Suvarılan münbit torpaqlarda, güclü formalarda və süni tozlama vaxtında aparıldıqda yüksək məhsul alınır. Gilələrinin möhkəmliyinə görə Nimrəng və Tayfilərdən geri qalmır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ