TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: HARNA-QRNA 

Azərbaycanda Naxçıvan Muxtar Respublikasının yerli sortudur. Ən çox Şərur, Sədərək, Babək və Ordubadda, az miqdarda üzüm kolleksiyalarında becərilir.
Kolları güclü böyüyəndir.
Çiçəkləri funksional dişi tiplidir. Salxımı iri, konusvari, bəzən pəncəli, orta-sıx və seyrəkdir. Gilələri orta irilikdə, girdə, sıx salxımlarda azca basılmış, sarıyaçalan-ağ, zəif mum təbəqəlidir. Qabığı orta, ancaq elastikidir. Ləti ətli-şirəli, bir qədər bərk, şirəsi açıq-samanı rənglidir. Dadı adi, xoşagələn və təravətlidir.
Gecyetişən universal sortdur. Məhsuldarlığı yüksək və sabitdir.
Ən çox texniki istiqamətlidir. Süfrə və bərk şərablar istehsalı üçün yararlıdır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ