TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: HAMBURQ MUSKATI 

Sort İngiltərədə istixana şəraiti üçün İskəndəriyyə Muskatı ilə Frankental sortlarının tozlandırılmasından alınmışdır. Sonralar Qərbi Avropa ölkələrində açıq şəraitdə becərilmişdir. 1960-cı illərdə respublikamıza gətirilmişdir.
Çiçəkləri öz-özünü tozlayandır. Ancaq çiçəklərin çox tökülməsinə və gilələrin noxudlanmasına meyillidir. Salxımı qanadlıkonusvaridir. Orta-sıx və seyrəkdir. Gilələri illər üzrə müxtəlif irilikdə olur, girdədir, bənövşəyi-göydür və boz-mavi rəngdə mum qatı ilə örtülüdür. Gözəl görkəmə malikdir. Yüksək muskat ətri vardır.
Mexaniki tərkibinə görə süfrə üzümüdür. Ancaq digər süfrə üzümlərinə nisbətən şirə çıxımı çoxdur. Bundan muskat ətirli şirə və çərəz şərablar hazırlanır.
Məhsuldarlığı ortadır. Digər muskat sortları kimi Hamburq Muskatının da bar əmsalı çoxdur. Əmələ gələn salxımların bir qismi hələ çiçək ikən qoparıldıqda həm normal sıxlıqda salxım alınır, həm də keyfiyyətli olur.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ