TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: HƏMƏŞƏRƏ 

Azərbaycanın yerli sortudur. Cəlilabadda Həməşərə çayı meşələrində yabanı üzümlərin təbii tozlanmasından alınmış və yerli əhali tərəfindən seçilib becərilmişdir. Cəlilabad rayonunun kəndlərinin çoxunda geniş miqyasda, ətraf rayonlarda az sahədə Həməşərə sortundan ibarət üzümlüklər olmuşdur.
Keçən əsrin 60-70-ci illərində Cəlilabadda üzümlüklərin 30-40%-i bu sortdan olmuşdur.
Kolları güclü böyüyəndir. Çiçəkləri öz-özünü tozlayandır.
Salxımı çox iri, enli-konusvari, sıx, az hallarda çox sıxdır. Salxım saplağı qısa və oduncaqlaşmış olur.
Gilələri orta-iri, girdə, azca yastılanmış, qırmızıtəhər qara, zəif mum qatı ilə örtülmüş olur. Qabığı qalın, möhkəm olmayan, ləti bərk, əti xırtıldayandır. Dadı xoşagələn, şirin və ahəngdardır. Şirəsi qatı, zəif rəngli, qırmızımtıl-çəhrayıdır.
Tezyetişən şərab sortudur. Gilənin tam yetişməsi Cəlilabadda avqustun axırlarına və yaxud sentyabrın əvvəllərinə təsadüf edir.
Sort əsas etibarı ilə qırmızı süfrə şərabları, eləcə də kaqor tipli çərəz şərablar istehsalına yararlıdır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ