TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: GÖZƏL QARA 

Ümumittifaq Bitkiçilik İnstitutunun Orta Asiya təcrübə stansiyasında 1950-ci ildə Katta-Kurqan və Dodrelyabi sortlarının çarpaz tozlandırılmasından alınmışdır. Qazaxıstanda, Ukraynada, Moldovada və Rusiyanın üzümçülük rayonlarında yayılmışdır.
1969-cu ildə respublikamızın Xaçmaz rayonuna gətirilmişdir.
Böyüməsi çox güclüdür. Çiçəkləri öz-özünü tozlayandır. Salxımı çox iri, konusvari, qanadlı, bəzən silindrik-konusvari, sıxdır. Gilə saplağı uzundur. Gilələri çox iri, dəyirmi, dəyirmi-oval, sıx mum qatlı, qara-göydür. Qabığı incə, möhkəm deyil. Ləti incə konsistensiyalı, ətli-şirəlidir, yeyiləndə ərimiş kimi hiss edilir. Şirəsi rəngsizdir.
Orta dövrdə yetişən süfrə üzümüdür.
Yüksək məhsuldardır. Özbəkistan şəraitində hektardan 220-240 sentner məhsul alınır. Salxımın orta çəkisi 590-680 qramdır. Barlı zoğlar 42,5-55,2%-dir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ