TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: GƏNCƏ QIZIL ÜZÜMÜ 

Vətəni Azərbaycanın Gəncə şəhəri və onun ətraf rayonlarıdır. Həyətyanı sahələrdə daha çoxdur. Bu sortun sənaye üzümlükləri olmamışdır.
Hazırda Gəncə “Üzüm-tredinq LTD” MMC-də vardır (bir neçə kol).
Kolları güclü böyüyəndir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta və iri, silindrik və silindrik-konusvari, seyrəkdir. Gilələri iri, girdə, sıx mum qatlı, çəhrayı, bəzən tünd-çəhrayıdır. Qabığı orta və kövrəkdir. Ləti bərk, az şirəli, dadı xoşagələn, şirindir.
Gecyetişən sırf süfrə üzümüdür. Kolda və saxlayıcılarda yaxşı qalır.
Məhsuldarlığı yüksək, ancaq sabit deyildir.
Şəkəri 16-18%-dir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ