TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: ƏSKƏRİ 

Əskəri üzüm sortu İran sortudur və “əskər” sözündəndir. Türkmənistanda da Əskəri adlanır. Əskəri sortu ən çox Naxçıvan Muxtar Respublikasının bir çox üzümçülük rayonlarında və üzüm kolleksiyalarında becərilir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta və orta-iridir, forması konusvari və yaxud enli-konusvaridir, seyrəkdir. Salxım saplağı açıq-yaşıl rəngli və ot şəkillidir. Asanlıqla qoparılır. Gilələri orta irilikdə, yaşılı-sarıdır. Zəif mum qatı ilə örtülüdür. Ləti şirəlidir, şəkəri orta dərəcədədir. Naxçıvanda 22%-ə qədər şəkər toplayır, dadı adidir. Əskəridən yüksək keyfiyyətli qurudulmuş üzüm əldə edilir. Ancaq digər rayonlarda təzə halda istifadə üçün yararlıdır.
Tezyetişən süfrə üzümlərinə aiddir. Kolu orta böyümə gücünə malikdir. Şpalerdə və çardaqda yaxşı becərilir. Orta güclü formalar tələb edir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ