TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: EKİQAYNA N 

Fransada Qana N ilə Kaberne Sovinyonun çarpaz tozlanmasından alınmışdır. Bir çox Avropa ölkələrində, Ukraynada, Krımda, Novoçerkasskda becərilir. 1969-cu ildə Novoçerkasskdan Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Qovlar-Sarı tədris-təcrübə təsərrüfatına gətirilmişdir.
Kolları orta böyüyəndir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta, enli-konusvari, əsasından pəncəli və qanadlı, ortasından aşağıya silindrik, orta-seyrək və seyrəkdir. Giləsi orta, girdə, tünd-göy (qara), sıx mum qatı vardır, qabığı orta-qalındır. Ləti ətli-şirəli, bir qədər seliklidir. Dadı adi, xoşagələn və təravətlidir. Şirəsi rənglidir.
Orta gecyetişən şərab sortudur. Tünd rəngli, az turşulu və yumşaq şərablar hazırlanır. Xəstəliklərə həssas deyildir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ