TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: DƏRBƏNDİ 

Azərbaycanın yerli sortudur. Ən çox Abşeronda, Salyanda, Neftçalada və Əlibayramlıda həyətyanı sahələrdə və üzüm kolleksiyalarında becərilir.
Kolları güclüdür.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta və iri, konusvari, az hallarda pəncəli, orta-sıx və seyrəkdir. Gilələri, azca uzunsov və yaxud zəif yumurtavari, göy fonlu qarayaçalan qırmızıdır. Qabığı qalın və kobuddur. Ləti bərk, az şirəlidir. Dadı adi, xoşagələn və təravətlidir.
Gecyetişən süfrə üzümüdür. Məhsuldarlığı orta və sabitdir. Salyanda şəkəri 20%-dir.
Mildiu və oudium xəstəliklərinə az davamlıdır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ