TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: DAĞISTAN GÜLABİSİ 

Dağıstanın gecyetişən şərab-süfrə istiqamətli sortudur. Dağıstanda, Çeçenistanda və İnquşetiyada geniş yayılmışdır. A.M.Neqrulun məlumatına görə Dağıstan gülabisi Ağ gülabinin tumurcuq mutasiyasıdır.
Kolları güclü böyüyəndir. Bar barmağının orta uzunluqda olmasını tələb edir. Çoxqollu yelpik formasında kolların ömrü və məhsuldarlığı normaldır.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta irilikdə və iridir. Salxım saplağı gilələrin tam yetişməsi vaxtında ot şəklində qalır, ancaq zoğa birləşən yerində təqribən 1 sm uzunluğunda hissə yetişmiş olur.
Gilələri orta irilikdə, girdə və yumrudur. Bəzi gilələri azca yastılığa meyllidir. Rəngi əsasən çəhrayıdır, ancaq bəzi gilələrdə çəhrayı fonda zəif bənövşəyilik vardır. Şirədə şəkər 18-20%-ə çatır.
Gülabidən süfrə və çərəz şərabları, eləcə də keyfiyyətli və açıq-çəhrayı rəngli şirə hazırlanır.
Təzə halda yeyilməyə və saxlanmağa yararlıdır.
Məhsuldarlığı orta və yüksəkdir. Torpağın münbitliyindən, eləcə də tətbiq edilən aqrotexnikanın səviyyəsindən asılı olaraq məhsuldarlıq dəyişir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ