TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: ÇƏHRAYI MUSKAT 

Krımda Qırmızı Muskat, Muskat Frontinyanski adlanır. Sort XVIII əsrin axırlarında Krıma, XIX əsrin ormalarında Azərbaycana gətirilmişdir.
Respublikanın köhnə üzümçülük təsərrüfatlarında becərilmiş və keyfiyyətli şərablar alınmışdır.
Kolları güclü böyüyəndir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta irilikdə, silindrik və yaxud silindrik-konusvaridir. Gilələri orta irilikdə, girdə, demək olar ki, qara, sıx mum qatı ilə örtülüdür. Qabığı incə, kifayət qədər möhkəmdir, lət qabıqdan asanlıqla ayrılır. Ləti şirəli, güclü muskat ətirli incədir.
Məhsuldarlığı Gəncədə 86 sent/ha, Mildə 87,5 sent/ha, Şamaxıda 80 sent/ha təşkil edir.
Krımda 30%-ə qədər, Gəncədə 26%-ə qədər, Şamaxıda 25%-ə qədər şəkər toplanır.
Mexaniki tərkib etibarilə Çəhrayı Muskat şərab sortudur. Portveyn və Çərəz şərablar istehsal edilir. Mildə, “Azərbaycan” sovxozunda və Şamaxıda bu sortdan keyfiyyətli portveyn şərabları istehsal edilmişdir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ