TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: ÇƏRƏZ 

Özbəkistan sortudur. Daşkənd, Namanqan, Fərqanə və Səmərqənd rayonlarında geniş miqyasda becərilir. Azərbaycanda Xaçmazda, üzüm kolleksiyalarında, o cümlədən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kolleksiyasında becərilmişdir.
Kolları güclüdür.
Çiçəkləri funksional dişi tiplidir. Salxımı iri, konusvari və yaxud silindrik-konusvari, pəncəli, çarpaz tozlandırıldıqda sıxdır. Gilələri orta-iri və iri, zəif oval və girdə, tünd-göydür. Qabığı nisbətən qalın, ancaq kobud deyildir. Ləti ətli, şirəlidir. Gilə saplaqdan qopduqda saplaqda açıq rəngli kiçik fırça qalır. Dadı adi, şəkərlə turşuluq ahəngdardır.
Çərəz tezyetişən tipik süfrə üzümüdür.
Sort tez yetişkənliyinə, gözəlliyinə, salxım və giləsinin iriliyinə görə yüksək qiymətləndirilir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ