TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: ÇAUŞ 

Vətəni Kiçik Asiyadır. Qədim zamanlardan əvvəlcə Cənubi Krıma, oradan da Şimali Qafqaza və Ukraynaya gətirilmişdir. Sonralar Krasnodar və Stavropol diyarlarında becərilmişdir. Onun variasiyaları mövcuddur. Qara Çauş, Çəhrayı və Ağ Çauş. Bunlardan ən geniş yayılanı Ağ Çauşdur. 1961-ci ildə tərəfimizdən Krımdan Tərtərə, oradan da Gəncəyə gətirilmişdir. Hazırda Gəncədə “Üzüm-tredinq LTD” MMC təsərrüfatında bir neçə kol becərilməkdədir. Kolları çox güclüdür.
Çiçəkləri funksional dişi tiplidir. Salxımı orta və iridir, silindrik-konusvari, yaxşı çarpaz tozlandırıldıqda sıx, süni tozlama aparılmadıqda seyrək və çoxlu noxudlanmış olur. Gilələri iri və çox iridir, yumurtaya bənzər oval, yaşılımtıl-ağ, tam yetişdikdə günəş düşən tərəfdən qızılı-sarıdır. Gəncə şəraitində tam yetişdikdə kəhrəba rəngi alır. Qabığı orta qalınlıqda, kobud deyil, yedikdə asanlıqla hissəciklərə bölünür, daha doğrusu, yedikdə qabıq hiss edilmir. Ləti ətli-şirəlidir. Dadı adidir, şirinliyi şit deyil, çox incə və ahəngdardır. Ağ Çauş tipik süfrə üzümüdür. Özünəməxsusluq o dərəcədə güclüdür ki, giləyə baxmayıb yedikdə də onun çauşluğu bilinir. Krımda avqustun axırlarında, Gəncədə avqustun ortalarında yetişir. Məhsuldarlığı yüksəkdir. Ancaq suvarılması normal təmin olunmasından və tozlandırmadan asılı olaraq məhsuldarlıq sabit olmur. Biz süni tozlama aparmırıq, digər sortlarla birlikdə olduqda normal məhsul alınır.
Tezyetişən süfrə üzümüdür.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ