TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: BUYET 

Fransanın cənub-qərbində geniş yayılmışdır. 1958-ci ildən becərilməyə başlanmışdır. Fransadan Bolqarıstana, oradan da Novoçerkasska 1969-cu ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Qovlar-Sarı tədris-təcrübə təsərrüfatına gətirilmişdir.
Kolları orta böyümə gücünə malikdir. Çiçəkləri öz-özünü tozlayandır. Salxımı iri, enli-konusvari və kiçik pəncələri vardır, sıxdır. Gilələri iri, girdə ucunda kiçik çökəklik vardır, tünd-göydür. Qabığı orta qalınlıqda, elastikdir, mum təbəqəsi sıxdır. Ləti ətli, şirəlidir. Dadı adi, xoşagələndir.
Gecyetişən şərab sortudur. Orta keyfiyyətli yüngül, bir qədər turşuluğu çox süfrə şərabları verir. Məhsuldarlığı yüksəkdir, bir qədər özünə məxsus acılığı vardır.
Boz çürümə xəstəliyinə həssasdır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ