TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: BİLAĞANİ 

Vətəni Azərbaycanın Aşağı Şirvan zonasıdır. Ən çox Göyçayda, bir qədər az ətraf rayonlarda, eləcə də üzüm kolleksiyalarında becərilir.
Kolları güclü böyüyəndir. Göyçay rayonunda ən çox çardaqda və səyyari becərilir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı iri və çox iri, əsasən konusvari, az hallarda pəncəli orta-sıx və sıxdır. Gilələri orta iri və iri, ən çox oval, tənəyin yükü çox olduqda ovala yaxın və girdə, qaraya çalan tünd-qəhvəyi və yaxud tünd-qırmızıdır. Qabığı qalın və kobuddur. Ləti bərkdir, az şirəlidir. Dadı xoşagələn, ahəngdardır.
Çox gecyetişən sırf süfrə üzümüdür. Saxlanmağa və daşınmağa ən çox davamlı sortlar sırasındadır. Xalq üsulunda Novruz bayramına qədər qala bilir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ