TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: BƏNÖVŞƏYİ TEZYETİŞƏN 

Ümumrusiya Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu (Novoçerkassk) tərəfindən 1947-ci ildə Şimal üzümü (Malenqr toxmacarı Ç V.Amurenzis) və Hamburq muskatı sortlarının çarpaz tozlandırılmasından alınmışdır. Rusiya, Moldova və Ukraynada becərilir. Azərbaycanda üzüm kolleksiyasında olmuşdur.
Kolları güclüdür.
Çiçəyi öz-özünü tozlayandır. Salxımı orta, konusvari, seyrəkdir. Gilələri orta, dəyirmi, muskat dadlı tünd-bənövşəyidir. Ləti şirəlidir. Şaxtaya davamlılığı yüksəkdir. Məhsuldarlığı çox yüksəkdir. Bənövşəyi tezyetişən süfrə-şərab sortlarına aiddir. Avqust ayının ortalarında yetişir, bu vaxt şəkər 22%-ə çatır. Təzə halda və çərəz şərabları hazırlanmasında istifadə edilir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ