TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: BƏNDİ 

Naxçıvanın yerli sortudur. Ən çox Naxçıvanda, az miqdarda da üzüm kolleksiyalarında vardır.
Kolları orta böyümə gücünə malikdir. Orta güclü formalar və geniş fəzalı şpaler tələb edir.
Çiçəkləri öz-özünü tozlayandır.
Salxımı orta irilikdə və iridir. Forması konusvari, az hallarda silindrik və qanadlıdır. Salxımda gilələr çox sıx yerləşir. Salxım saplağı qısa, ancaq möhkəmdir. Əksər salxımlarda saplaq ot şəkillidir.
Gilələri iri və çox iridir. Oval və simmetrikdir. Gilənin təpəsi girdədir. Rəngi yaşılımtıl-sarıdır. Tam yetişdikdə gilənin gün düşən tərəfi zəif çəhrayı rəng alır. Qabığı qalındır, zəif mum təbəqəsi ilə örtülüdür. Ləti ətli, şirəli, şirin, şirəsi rəngsizdir. Bəndi Naxçıvanın yüksək məhsuldar sortlarına aiddir. S.Nəcəfovun məlumatına görə onun məhsuldarlığı Culfa rayonunda 280 sentner təşkil edir. Belə məhsula malik kollar geniş fəzalı yeni konstruksiyalı şpaler tələb edir. İstifadə istiqamətinə görə süfrə-möüz sortlarına aiddir.
Salxım və gilələrin gözəl görkəmi vardır. Kolda uzun müddət qalır. Nəqliyyata və saxlanmağa davamlıdır. Xüsusi saxlayıcılarda aprel ayına qədər saxlanılır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ