TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: BEKLAN 

Vətəni Fransanın Frans-Konte departamentidir. Fransadan Bolqarıstana, oradan da Novoçerkassa gətirilmişdir. 1969-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Qovlar-Sarı tədris-təcrübə təsərrüfatında becərilmişdir.
Kolları orta böyümə gücünə malikdir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta-iri, pəncələri əsas salxım qədər iridir. Forması qeyri-müəyyəndir, sıxdır. Gilələri orta-iri, girdə tünd-göydür, sıx mum təbəqəsi vardır. Qabığı qalın və möhkəmdir. Ləti ətli, şirəlidir. Dadı xoşa gələn şirindir.
Orta, gecyetişən şərab sortudur.
Yüngül, aşağı spirtli süfrə şərabları hazırlanır. Məhsuldardır.
Mildiu xəstəliyinə həssasdır. Oidium və boz çürümə xəstəliyinə az tutulur.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ