TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: BARBAROKS 

Korsikada becərilib, görünür, əyalət üzümüdür. Fransadan Novoçerkaska böyük partiya ilə gətirilən sortlar içərisində olmuşdur. 1969-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Qovlar-Sarı tədris-təcrübə təsərrüfatına gətirilmişdir. Kolları orta böyümə gücünə malikdir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta-iri, silindrik, çox az hallarda konusvari-silindrikdir. Gilələri orta-iri, girdə, qeyri-bərabər çəhrayı rənglidir. Qabığı incədir. Ləti orta, bərk, nisbətən az şirəlidir. Dadı ətirli və xoşagələndir.
Gecyetişən şərab sortudur. Yüksək məhsuldardır. Çox isti olmayan, nisbətən qeyri-münbit torpaqlarda əkilməyi xoşlayır. Ətirli, turşuluğu az, yüngül süfrə şərabları alınır. Oidium və boz çürüməyə çox həssasdır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ