TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: ARANEL 

Vətəni Fransadır. Boz Qrenaşla Sen Pyer sortlarının çarpaz tozlandırılmasından alınmışdır. 1969-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Qovlar-Sarı tədris-təcrübə təsərrüfatında üzüm kolleksiyası təşkil edilmişdir. Atlasda göstərilən fransız sortlarının çoxu Novorossiyskdan gətirilib həmin kolleksiyada əkilmişdir.
Kolları orta böyümə gücünə malikdir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı iri, konusvari, ancaq güclü qanadlı və sıxdır. Gilələri xırda, girdə, sarıya çalan, ağ, mum təbəqəsi zəif, qabığı orta və elastikidir. Ləti ətli, şirəli, dadı ətirli və xoşagələndir.
Orta gecyetişən şərab sortudur. Şəkəri yüksək olduğundan yüksək spirtli şərab almaq mümkündür.
Məhsuldardır, boz çürümə xəstəliyinə az həssasdır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ