TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: ALİQOTE 

Sortun vətəni Fransadır. Dünya üzümçülük ölkələrinin çoxunda yayılmışdır. Azərbaycanda XX əsrin əvvəllərindən becərilməyə başlamışdır. Bakıda və Gəncədə uzun kolleksiyalarında, eləcə də Qazax-Gəncə bölgəsinin bir çox təsərrüfatlarında becərilmişdir.
Kolları orta böyümə gücünə malikdir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı xırda və ortadır, silindrik, sıx və çox sıxdır. Gilələri orta irilikdə, girdə, sıxlığa görə bəzən basılmış, açıq-yaşıldır. Qabığı incə və elastikdir, ləti axıcı və şirəlidir. Dadı adi, ahəngdar və təravətlidir.
Aliqote orta tezyetişən tipik şərab sortudur. Çox qiymətli ağ süfrə və bərk şərablar alınır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ