TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: ALEATİKO 

Sortun vətəni İtaliyadır. Oradan Cənubi Krıma, sonralar isə Ukrayna, Moldova, Krasnodar və Gürcüstanda yayılmışdır. Azərbaycana XX əsrin əvvəllərində almanlar tərəfindən gətirilmişdir. Respublikanın qərb bölgəsində, xüsusilə Gəncə, Şəmkir, Qara yeri və Ağstafada becərilmişdir.
Kolları güclü böyüyəndir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta irilikdə, silindrik və yaxud konusvaridir, əsasından kiçik pəncələri, bəzən qanadlı, seyrək və orta seyrəkdir. Gilələri orta irilikdə, girdə, tünd-göy, sıx mum qatlıdır. Qabığı qalın, ləti axıcı, şirəlidir.
Dadı zəif muskat ətirlidir.
Orta gecyetişən şərab sortudur. Gilələri tam yetişdikdə süfrə şərabları, bir qədər gec yığıldıqda bərk şərablar alınır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ