TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: AĞ TAYFİ 

Tayfi Özbəkistanın ən yaxşı süfrə sortlarındandır. Əldə olan məlumata görə Tayfi VII-VIII əsrlərdə Buxara və Səmərqəndə Ərəbistandan gətirilmişdir. Dünyanın üzümçülük ölkələrinin çoxunda Çəhrayı Tayfi becərilir. Ağ Tayfi ondan az yer tutur. Çəhrayı Tayfiyə Qızıl Tayfi də deyirlər. Hazırda Gəncə üzümçülük və şərabçılıq təcrübə stansiyasında və “Üzüm-tredinq LTD” MMC-də becərilir.
Kolları çox güclüdür. Çiçəkləri öz-özünü tozlayandır. Hər iki sortun salxımı iri və çox iridir. Yuxarı tərəfindən genişlənmiş konusvari, bir qayda olaraq yuxarı pəncələri güclü inkişaflı, seyrək və orta sıxlıqdadır. Salxım saplağı odunlaşır, bıcaq və qayçı ilə kəsilməlidir. Gilələri iri, uzunsov-oval və yaxud demək olar ki, silindrik olur. Bəzən uc tərəfi basılmış vəziyyətdədir. Ağ Tayfidə rəng açıq-yaşıl, gün düşən tərəfdən azca çəhrayı rəngdədir. Çəhrayı Tayfidə rəng bərabər deyildir, gün düşən tərəfdə çəhrayıdan bənövşəyiyə qədər dəyişir, kölgəli yerlərdə solğun-çəhrayıdır. Qabığı qalın, möhkəmdir. Ləti xırtıldayandır. Dadı adi, xoşagələn və təravətlidir. Sort gecyetişəndir. Gilələrin yaxşı rəng alması və lazımi qədər şəkər toplamaq üçün yüksək temperatur tələb olunur. Güclü formalarda, yüksək dayaqda, uzun bar barmağında və suvarılması normal təmin edildikdə məhsuldarlığı yüksək olur. Bu sortlarda barlı zoğlar və salxımlar az olur, ancaq salxımlar çox iri olur. Dəmyə şəraitdə və suvarılması normal təmin edilməyən və yüngül formalar tətbiq edilən üzümlükdə salxımlar nisbətən xırda olur.
Özbəkistanda şəkər 17-20% olur. Respublikamızda yalnız istiqamətli becərmədə bu şəkəri almaq mümkündür. Süfrə sortları içərisində Ağ Tayfi yüksək nəqliyyata davamlılığı ilə seçilir.
Çəhrayı Tayfi qurudulmaq üçün də yaxşıdır, ancaq bu məhsula görə Sultani və Katta-Kurqandan geri qalır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ