TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: AĞ ŞASLA

Bu sort çox qədimdən Nil çayı sahillərində (Misir) aşkar edilmişdir. 1825-1830-cu illərdə Rusiyaya, az sonra Azərbaycana gətirilmişdir. Sort dünyanın üzümçülük ölkələrinin hamısında vardır. A.M.Lazarevski öz kitabında (Sorta vinoqrada, 1959) Azərbaycanda Şasla sortunun olmadığı barədə qəti fikir söyləmişdir. 1968-ci ildə respublikamızda Ağ Şasla sortundan min hektar üzümlük olmuşdur. Şasla sortundan olan üzümlüklərdə onun üç variasiyasının olması qeyd olunur. Bu variasiyalar bioloji xüsusiyyələrtinə və morfologiyasına görə bir-birinə çox yaxındır. Ağ, çəhrayı və qara rənglilərdən başqa, muskat ətirli şaslalar da vardır. Çoxlu variasiyaların olması sortun çox qədimiliyini göstərir.
Şasla sortunun (eyni zamanda variasiyaların) kolları kasıb və nəmliklə normal təmin olunmayan üzümlüklərdə zəif, nəmliklə təmin edilmiş münbit torpaqlarda orta böyümə gücünə malikdir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta irilikdə konusvari, bəzən silindrik, seyrək və orta sıxlıqdadır. Gilələri orta irilikdə, girdədir. Ağ və Muskatlı Şaslada gilələrin rəngi açıq-yaşıl, Günəş şüaları ilə yaxşı təmin olunan salxımlarda zəifçəhrayı rənglidir. Gilənin qabığı incə, nisbətən möhkəmdir. Ləti incə, axıcı və şirəlidir. Ağ, çəhrayı və qara muskatlarda dad adi, kifayət qədər şirin, zəif və xoşa gələn turşuluğu vardır. Muskatlı Şaslalarda incə muskat dadı vardır.
Nəqliyyata və saxlanmağa davamlılığı yüksək deyil. Salxımın və gilənin gözəl görkəmi, lətinin incəliyi və xoşa gələn dadı Şaslanın qiymətli xüsusiyyətlərindəndir. Şasla sortları əsasən təzə halda yeyilməyə yararlıdır. Tək-tək hallarda ondan hazırlanan şərablar xoşa gələn olmur.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ