TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: AĞ MUSKAT 

Muskat sortları Aralıq dənizi ölkələrində bir neçə minilliklərdən əvvəl becərilmişdir. Ədəbiyyatdan götürülmüş məlumatlara görə Ağ muskat Suriya və Misirdə meydana gəlmiş muskat sortlarının qədim formalarındandır.
Muskat sortları da Şasla sortları kimi dünyanın üzümçülük ölkələrinin hamısında becərilir. Sort Azərbaycana XIX əsrin axırlarında gətirilmişdir. 1940-cı ilin siyahıya alınmasına görə respublikamızda muskat sortlarının sahəsi 99 hektar təşkil etmişdir. 1966-cı ildə bu rəqəm 500-ə çatmışdır. Ağ Muskat və Çəhrayı Muskat sortlarının kolları güclü böyüyəndir. Hər iki sortun çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta irilikdə, silindrik və silindrik-konusvaridir. Orta sıxlıqdadır. Gilələri orta irilikdə və girdədir. Ağ Muskatın gilələri qızılı ləkəli, açıq sarı; Çəhrayı Muskatın gilələri orta irilikdə, girdə, qəhvəyiyə çalan tünd-çəhrayıdır. Çəhrayı Muskatın gilələrində qalın mum qatı vardır. Gilənin qabığı qalındır, ancaq möhkəm deyil. Hər iki sortda gilənin ləti incə, şirəli, güclü muskat ətri olan xoşa gələn dadlıdır. Sortların kolları məhsula tez düşür. Onların məhsuldarlığı hər hektardan Krımda 30-80 sentner, Orta Asiyada (Daşkənd vilayəti) 240-300 sentner, Göyçay və Gəncədə 100 sentner, Şamaxıda 50-70 sentnerdir. Barlı zoğlar 80-90% təşkil edir. Salxımının orta çəkisi 103-150 qramdır. Yüksək şəkər toplama qabiliyyəti vardır. Ağ Muskatdan Cənubi Krımın Yalta bölgəsində analoqu olmayan portveyn hazırlanır ki, bunun çox güclü ətri olur.
Dağlıq Şirvanın dəniz səviyyəsindən 800 m hündürlüyündə, cənub yamaclarda ən yaxşı çərəz şərablar hazırlanır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ