TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: AĞDAM KEÇİƏMCƏYİ 

Azərbaycanın Ağdam rayonunun yerli sortudur. Füzuli, Cəbrayıl, Ağcabədi, Bərdə, Tərtər, Yevlax və Goranboy rayonlarında və üzüm kolleksiyalarında becərilir. Hazırda bu sortun arealı xeyli azalmışdır. Sırf süfrə üzümüdür və orta-gec yetişəndir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı iri və çox iridir. Forması silindrik-konusvari, konusvari, az hallarda qanadlıdır. Gilələri salxımda sıx və çox sıx yerləşir. Gilələri iri yumurtaşəkilli-oval və ovaldır. Rəngi qaradır, sıx mum qatı giləyə bənövşəyi fon verir. Salxım saplağı oduncaqlaşır və qayçı ilə kəsilməlidir. Kolları güclü böyüyəndir, səyyarı formada yaxşı məhsul verir. Şpalerdə güclü forma tələb edir. Bar barmaqları uzun kəsilməlidir.
Gilədə şəkər 20%-ə qədərdir, dadı ahəngdar və adidir. Saxlanma müddəti ortadır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ