TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: AĞADAYI 

Dağıstanın əsas yerli süfrə üzümüdür. Oradan Abşerona qətirilmiş, əvvəlcə həyətyanı sahələrdə, sonralar ictimai təsərrüfatlarda iri miqyaslı üzümlüklər salınmışdır. Demək olar ki, respublikanın hər yerində yayılmışdır. Keçən əsrin 70-ci illəri Fizuli və Ağdam rayonları üçün çox yüksək məhsuldarlıq illəri olmuşdur. Tovuz rayonunun dağətəyi kəndi olan İbrahimhacılı kəndində bu sortdan bir neçə hektar üzümlük vardır. Ancaq Ağadayı sortunun gilələri orada lazımi rəng toplaya bilmir.
1990-cı ildə sortdan əkin materialı götürüb Gəncədə “Üzüm-tredinq LTD” MMC-də iki cərgə üzümlük salınmışdır. Kolları çox güclüdür. Suvarılan münbit torpaqlarda geniş qida sahəsi, güclü dayaq və güclü forma tələb edir. Ağadayı sortunun zoğlarının 15-20%-də dixotomik budaqlanma gedir və heç bir elmi ədəbiyyatda göstərilmir. Çiçəkləri öz-özünü tozlayandır. Salxımı çox iri (“Üzüm-tredinq LTD” MMC-də 30-35 sm), silindrik, bəzən əsasında yığcam pəncəli, seyrək və yaxud orta sıxdır. Salxım saplağı çox kövrəkdir, açıq-yaşıldır, oduncaqlaşmır. Gilələri çox iri, forması dəyişən – tam girdədən uzunsova qədər, açıq-yaşıl, isti yerlərdə Günəş şüaları düşən gilələr açıq-sarı və kəhrəba rənglidir. Qabığı qalındır, kobuddur, lətdən ayrılmır. Ləti ətlidir və xırtıldayandır. Fəal temperatur azlıq edən yerlərdə və aqrotexnika diferensiallıq təşkil etməyəndə gilələri yaxşı rəng almır və keyfiyyəti azalır.
Ağadayı gilələrinin girdə və oval variasiyaları vardır. Girdə variasiyalı gilələr bir qayda olaraq yaxşı rəng almır, oval giləlilər Gəncə “Üzüm-tredinq LTD” MMC-də gözəl rəng alır. Saxlanmağa və daşınmağa yüksək səviyyədə yararlıdır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ