Atakişiyev Həsən Əli oğlu – 1897-ci ilə anadan olmuş, 1931-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsini bitirmişdir. 1948-ci ildən 1971-ci ilə qədər “üzümçülük, şərabçılıq və k/t məhsullarının saxlanması və emalı texnologiyası” kafedrasının müdiri vəzifəsində işləmişdir. 1948-ci ildə bir neçə yerli üzüm sortlarının aqrobioloji xüsusiyyətlərinin öyrənilməsi üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. Bir çox elmi məqalənin və üçillik aqrozootexniki kurslar üçün yazdığı “üzümçülük” kitabının müəllifidir.
1978-ci ildə vəfat etmişdir.